"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Sport24.az-a müsahibə verib. 31 yaşlı futbolçu həm qarşıdakı iki oyunla bağlı fikilərini bölüşüb, həm də gələcək planlarından danışıb.
- Cari mövsüm sizin üçün heç də yaxşı keçmir. Qeyri-sabit çıxışın səbəbini bilmək istərdik?
- Səbəb yalnız özümüzük. Nə kimisə günahlandırmaq, nə də kənarda problem axtarmağa ehtiyac var. Çempionata yaxşı başlamadıq. Ondan sonra da zəif oyun sərgiləyib çempionluq uğrunda mübarizədən kənarda qaldıq. Amma ziyanın yarısından da qayıtmaq savabdı. Odur ki, səhvlərimizdən maksimum nəticə çıxarmalıyıq.
- Qeyri-sabit oyunlar fonunda "Kəpəz"ə böyük hesabla qalib gəlidiz...
- Vacib qələbə qazandıq. Amma artıq bu matçı unudub bütün diqqətimizi qarşıdakı 2 oyuna yönəltməiyik. İndiki halda səhv etməyə haqqımız yoxdu. Əks halda avrokuboklardan kənar qala və 2-ci pilləni itirə bilərik. Son 2 oyunda maksimum nəticə qazanmağa köklənmişik.
- Avrokuboklarda "Qarabağ" istisna, digər təmsilçilərimiz heç də uğurla çıxış etmir ki, onlardan biri də "Neftçi"di. Qitəmiqyaslı tunirlərdə uğur qazanmaq üçün nə lazımdı?
- Hər şey özümüzdən asılı. İlk növbədə avrokuboklara vəsiqəni qazanmalı, sonra isə yaxşı toplanış keçməliyik. Fikrimcə, bu mövsüm avrokuboklarda yaxşı çıxış edəcəyik.
- Yayda müqavilənin müddəti başa çatır. Yeni təkliflərə açıqsan?
- Bu barədə 2 oyundan sonra qərar verəcəm.
- Sözlərindən belə çıxır ki, "Neftçi"dən ayrılmağa hazırsan...
- 10 ildən çoxdu "Neftçi"nin formasını geyinirəm. Sözün düzü, burda qalmaq istəyərəm. İlk danışıq aparacağım klub da "Neftçi" olacaq. Rəhbərliklə söhbətimiz alınmasa, başqa təklifləri gözdən keçirə bilərəm.
ABDULLA İSMAYILOĞLU