Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Həftə boyu oyuna ciddi hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Bir neçə futbolçumuzun yoxluğu özünü hiss etdirmir. Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdu. Bilirdik ki, kubokdan sonra “Sumqayıt” tez yorulacaq.

- Bu gün Bəxtiyar Həsənalızadəylə Ruslan Abışov tandemi ilk dəfə idi ki, start heyətində yer aldı...

- Qeyd etdiyim kimi, bizdə ehtiyat oyunçu yoxdu. Ümumiyyətlə, zəif çıxış edən futbolçumuz olmadı bu gün.

- Həsənalızadənin zədəsi ciddidi?

- O, daha əvvəl zədəli olduğu üçün bir müddət məşqləri buraxdı. İndiki zədəsi barədə müfəssəl məlumat verə bilmərəm.