"Qaradağ Lökbatan"ı çalışdırmaq təklifi Sadıq Sadıqov tərəfindən gəldi". Bu sözləri Sport24.az-a açıqlamasında"Qaradağ Lökbatan"ın yeni baş məşqçisi Qəzənfər Abbasov deyib.

Gənc mütəxəssis komandanın qarşısına qoyulan məqsəddən danışıb:

"Sadıq müəllimi uzun illərdir tanıyıram və onunla işləmək mənə çox xoşdur. O, futbolu yaxşı bilir, futbolçulara və məşqçilərə nə lazımdırsa edir, nəticə qazanmaq uçün şərait yaradır. Əlbəttə ki, klubun hədəfi çempionluqdur. Bu yolda klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular bir ailə olub məqsədimizə çatmalıyıq. Heyətlə tanış olmuşam. Bir çox futbolçu ilə müxtəlif klublarda bir yerdə işləmişik. Çalışacağıq yeni transferlər də reallaşdıraq. Çempionatın startına hələ var. Bu barədə klub rəhbərliyi ilə danışacağıq".

Qeyd edək ki, Abbasovun çalışdığı son klub MOİK olub.