"Baku Sportinq"dən ayrılan Röyal Nəcəfovun yeni iş yeri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis yeni mövsümdən etibarən "Qaradağ Lökbatan"ın baş məşqçisi vəzifəsini icra edəcək.
Nəcəfov bu postda klubun əvvəlki çalışdırıcısı Qəzənfər Abbasovu əvəzləyəcək.
Qeyd edək ki, "Qaradağ Lökbatan" ötən mövsüm II Liqada 2-ci yeri tutub. Qəsəbə təmsilçisi I Liqaya yüksəlmək uğrunda keçirilən pley-off matçında "Şimal"a 1:2 hesabı ilə məğlub olub.