"Bütün oyun boyu mübarizə apardıq. Qəribə top itkilərinə yol verirdik". Sport24.az xəbər verir ki, bu sözləri Norveçin "Molde" klubunun mərkəz müdafiəçisi Martin Byornbak Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a Bakıda 0:1 hesabıyla yenildikləri matç haqda deyib.
Onun sözlərinə görə, səfər görüşündə heç nə ilə yadda qalmayıblar: "Cəmi 1 top fərqi ilə uduzmağımıza baxmayaraq, bu, yaxşı hiss deyil. Hiss olunurdu ki, rəqibin daha çox imkanları var. Biz isə uğura yaxın da deyildik".