Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununu xatırlayıb. Sport24.az xəbər verir ki, niderlandlı mütəxəssis Polşa mətbuatına Bakıda 1:5 uduzduqları matçın fəlakət olduğuu açıqlayıb: "Həmin matçda komanda dağıldı. Mütəşəkkil deyildik, Böyük məyusluqdu, 1:0-dan sonra 1:5 hesabı ilə uduzursan".

Van Den Bronmu fikricə, o dərsdən çox şey öyrəniblər: "Bunu özüm haqqında deyə bilərəm. Çətin idi. Müdafiənin mərkəzində problemlərdı. Çox səhv etdik. Rəqib belə xətalardan istifadə edirsə, təbii ki, uduzacaqsınız. Amma belə olacağını gözləmirdik. Hamımız Çempionlar Liqasının qrup mərhələsi üçün mübarizə aparacağımızı düşünürdük. Bura gələndə ilk məqsədim bu idi".

Xatırladaq ki, 2022-ci ilin iyulu nda keçirilən həmin görüşlərdə Poznada 0:1 hesabı ilə uduzan "Qarabağ" Bakıda 5:1 qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.