"Qarabağ"ın zədəli futbolçularından Yassin Benzia ilə Adama Diakabi tam sağalıblar. Sport24.az xəbər verir ki, hər iki qış transferi artıq tam gücləri ilə komandayla məşq edirlər. Bu yarımmüdafiəçilər "Qalatasaray"la bazar günkü xeyriyyə matçında oynaya biləcəklər.

Zədə üzündən millilərindən kənarda qalan qapıçı Şahruddin Məhəmmədəliyevlə müdafiəçi Bədavi Hüseynov və bosniyalı Marko Yankoviç isə tədricən məşq edirlər. Onlardan Bədavinin oynaması sual altındadı, digərlərinin isə kənarda qalacağı indidən dəqiqdi. Millimizin üzvü olan digər müdafiəçi Abbas Hüseynov üçünsə cari mövsümün artıq başa çatdığı xeyli vaxtdı məlumdu.

Onu da bildirək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millilərə çoxlu futbolçusu yollandığından say azlığına görə digər klublardan oyunçu götürməklə bağlı bugünlərdə yekun qərar verəcək.