"Kayrat" ulduz futbolçusu Vaqner Lavla cari mövsümün sonunda yollarını ayıracaq. Sport24.az xəbər verir ki, 37 yaşlı hücumçu Almatı təmsilçisinin məşqçilər korpusunun planlarına daxil deyil.
Belə ki, baş məşqçi Kurban Berdıyev bu üzdən braziliyalı oyunçunu yalnız bir oyunda 90 dəqiqə meydanda saxlayıb. Lavın yaşı çoxdu və təcrüəli mütəxəssis onun mövsüm ərzində istədiyi oyunu göstərməsinə şübhə ilə yanaşır. Lavla ağlı narazılıqlar onun yaşı ilə yanaşı, maaşı ilə də bağlıdır. Berdıyev daha gənc oyunçulara şans verməyi üstün tutur. Bundan başqa, heyətdə futbolçu ilə rəqabət apara biləcək Joao Paulu, Artur Şuşenaçev və Xose Kante kimi hücumçular da var.
"Transfer pəncərəsi"ndə klubdan ayrılan tək Vaqner olmayacaq. Braziliyalı oyunçu öz növbəsində karyerasını bitirməyi planlaşdırmır. Çünki daha çox oynamaq üçün gücünün olduğunu hiss edir. Onun karyerasını Asiyada davam etdirmək ehtimalı da var.
Qeyd edək ki, "Kayrat" Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.