Kiprin AEL klubunun idman direktoru Teodoros Antoniu Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la 1:1 hesabıyla nəticələnən ev matçını xatırlayıb. Sport24.az xəbər verir ki, kiprli funksioner Azərbaycan təmsilçisi ilə görüşdə qələbəyə daha layiq olduqlarını sayır: “Bizi narahat edən bu yay avrokuboklardakı oyunlarda gördüklərimiz idi. “Qarabağ”a qarşı oyunumuzu misal çəkə bilərəm. Kiprdə “Qarabağ” təsadüfən məğlubiyyətdən xilas oldu. Fikrimcə, omandamız mentalitet üzərində daha çox işləməlidi. Bu baxımdan, belə çətin anda necə davranacağını bilmək üçün çox şey dəyişdirilməlidi. Bu, böyük psixoloji yük idi. Futbolçular özünəinam qazanmalıdı. O da yalnız qələbələrlə qayıdır.  Bundan isə hələ uzağıq”.