Qazaxıstan millisinin futbolçusu Nurali Alip “Qarabağ” və “Neftçi”nin maraq dairəsindədi. Sport24.az xəbər verir ki, müqavilə ilə ölkəsinin “Kayrat” klubuna məxsus olan, hazırda “Zenit”də icarə əsasında çıxış edən gənc müdafiəçi 3 komandanın gündəmindədir.

Azərbaycan klubları ilə yanaşı, Rusiya Premyer Liqası təmsilçisi “Pari Nijni Novqorod” da onu heyətinə qatmaq istəyir.

Alip Rusiya çempionunda oyun praktikasının azlığı səbəbindən komandasını dəyişməyi planlaşdırır. 23 yaşlı futbolçu qış transfer dönəmində danışıqlar aparmağa hazırdır.  “Kayrat”la müqavilə müddəti 2023-cü ilin sonuna qədər olan Nuralinin transfer dəyəri 1,2 milyon avroya bərabərdi. 

Onu da bildirək ki, Alip millisinin iyunda yığmamızla "Dalğa Arena"da rəsmi matçıda ilk hissədə hesab açılçayanda qırmızı vərəqə almış və sonda böyükhesablə məğlubiyyətin əsas səbəbkarı olmuşdu.