Misli Premyer Liqasında XIX turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda Ağdam təmsilçisi çətin qələbəyə sevinib.

Günün digər matçında isə “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gəlib. Hesabı qonaqların açdığı bu oyunun yekununda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Tura sabah keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq. İlk oyun günündə “Kəpəz”lə “Qəbələ” heç-heçəyə (2:2) razılaşıb.

Misli Premyer Liqası
XIX tur

25 yanvar

“Turan Tovuz” – “Qarabağ” 2:3
Qol: R.Eva, 22. E.Şahverdiyev, 85 - M.Qurbanlı, 10. R.Şeydayev, 27. B.Mustafazadə, 88.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
 
“Zirə” – “Sumqayıt” 3:1
Qol: D.Çantakias, 50. L.Broqno, 73. T.Qomes, 79 - V.İsgəndərli, 4-öz qapısına.
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 23. Andriya Lukoviç, 70. İssa Cibriel, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Kərim Abubakar.
Baş məşqçi: Samir Abasov.