Lionel Messi atasının vəfatından sonra gözlənilməz şəkildə meydana qayıdıb. Sport24.az xəbər verir ki, Argentinalı ulduz futbolçu "İnter Mayami"nin Liqa Kubokunda Meksikanın "Leon" klubuna qarşı keçirdiyi matçda ikinci hissədə oyuna daxil olub. Messi komandasının 2:3 hesablı məğlubiyyətinin və turnirdən mübarizədən kənar qalmasının qarşısını ala bilməyib.

Messinin meydana çıxması sürpriz olub. O, atasının vəfatından sonra vida mərasimində iştirak etmək üçün Argentinaya yollanmış və komandanın məşqlərində iştirak etməmişdi. Buna baxmayaraq, 38 yaşlı futbolçu "Leon"la görüşdə ehtiyat oyunçular skamyasında yer alıb.

Matçdan sonra "İnter Mayami"nin futbolçusu Kazemiro Messi barədə danışıb:

"Belə bir futbolçunu həyatımda heç vaxt görməmişəm. Əminəm ki, çox çətin dövr keçirir. Buna baxmayaraq, onun həm futbolçulara, həm də kluba bağlılığı inanılmazdır. Burada olduğu üçün ona təşəkkür etməkdən başqa heç nə edə bilmərik".

Qeyd edək ki, "İnter Mayami" bu mövsüm yeganə əsas ümidini MLS Kubokunda uğur qazanmağa bağlayıb