"Dinamo"nun müdafiəçisi Tomaş Kendjera Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyununu buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "sportarena.com" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 32 yaşlı oyunçu komandanın son məşqi zamanı orta beyin silkələnməsi aldığı üçün komanda ilə birlikdə Bakıya uçmayıb.

 

Həkimlər polşalı futbolçunun məşqlərə ən tez bir həftədən sonra qayıda biləcəyini təxmin edirlər.

 

Qeyd edək ki, Kendjera bu mövsüm beş oyunda iştirak edib.