"Fulhem" yoldaşlıq oyununda "Malaqa" ilə heç-heçə (2:2) oynayıb. Sport24.az xəbər verir ki, oyun İspaniyada baş tutub.

 

Qarşılaşmadan əvvəl tərəflər arasında əldə olunan razılığa əsasən matç heç-heçə bitəcəyi halda qalibi müəyyənləşdirmək üçün penalti seriyası olmalı idi. Ancaq ikinci yarıdan sonra İngiltərə təmsilçisinin baş məşqçisi Alvaro Arbeloaya hakimlə mübahisə etdiyinə görə qarşısında qırmızı vərəqə görüb. Və bundan sonra "Fulhem" oyunçuları meydanı tərk ediblər.

 

Qeyd edək ki, Arbeloa ötən mövsüm "Real"ın "sükanı arxasında" olub. İspaniyalı mütəxəssis mövsümün sonunda "Kral klubu"ndan ayrılaraq İngiltərəyə üz tutub.