"Aston Villa" "Vest Hem"in sağ cinah müdafiəçisi Aaron Van-Bissakanın transferi ilə bağlı ilkin danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"Vest Hem"in Konqo millisin üzvünü bu yay satmağa hazır olduğu və onun transfer qiymətini 25 milyon funt sterlinq müəyyənləşdirdiyi bildirilir.

Qeyd edək ki, Van-Bissaka 2024-cü ilin avqustunda 15 milyon funt sterlinq qarşılığında "Mançester Yunayted"dən "Vest Hem"ə keçib. Onun London klubuyla müqaviləsi 2031-ci ilin yayına qədərdir.

İngiltərə nəhəngində 190 oyuna çıxan müdafiəçi ötən mövsüm "Vest Hem"in heyətində 25 Premyer Liqa matçında iştirak edib.