"Neftçi"nin daha bir sabiq futbolçusu Sabir Buqrin Azərbaycana qayıda bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
30 yaşlı yarımmüdafiəçi agentlər vasitəsilə Azərbaycan Premyer Liqası klublarına təklif olunur.
Mərakeşli futbolçu hazırda klubsuzdur. O, son olaraq ölkəsinin "Raja Kasablanka" klubunda çıxış edib.
Qeyd edək ki, Sabir Buqrin "Neftçi"nin son çempionluğu yaşadığı heyətdə yer alıb. Daha əvvəl "ağ-qaralar"la Premyer Liqa çempionluğu qazanan Mamadu Kane isə bu yay "Araz-Naxçıvan"a keçib.