Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da cavab matçına çıxacaq.
Ağdamlılar Bakıda "Şkendiya"nı qəbul edəcək. Niderlandlı referi Denni Makkelinin idarə edəcəyi qarşılaşmanın start fiti saat 20:0-da səslənəcək.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
12 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. "Qarabağ" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya)
İlk oyun - 1:0
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu