Gəncə şəhər stadionunun sentyabrın əvvəlində təhvil veriləcəyi gözlənilir. Sport24.az-ın əldə etdiyi məlumata görə, buna baxmayaraq "Kəpəz" Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün daha çox gözləməli olacaq.
Ölkəmizdə təşkil olunacaq MDB oyunları bitən kimi stadion yenidən təmirə bağlanacaq. Yarışlar ərəfəsində arenanın ot örtüyü süni olacaq. Bitdikdən sonra isə bunun təbii ilə əvəzlənməsi planlaşdırılır.
Əldə etdiyimiz məlumata əsasən, "sarı-göylər" burada ilk matçını 2026-cı ildə, yəni, mövsümün ikinci yarısında keçirə biləcək.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də başlayacaq. "Kəpəz"in ilk ev oyunları Qəbələdə gerçəkləşəcək.