Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb. Sport24.az xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.

 

Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsüm II Liqada çıxış edən "Şahdağ Qusar"ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

 

Onun kimi Mahmud Qurbanov da "400" səddini keçib. O, 421 oyunda iştirak edib.

 

İlk "üçlüy"ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

 

Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. "Qəbələ" ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.

 

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

 

1. Rahid Əmirquliyev     451

2. Mahmud Qurbanov   421

3. Rəşad Sadiqov             392

4-5. Asif Məmmədov     388

Azər Məmmədov            388

6. Aslan Kərimov              382

7. Rəşad Abdullayev       378

8-9. Elvin Məmmədov   376

Maksim Medvedev        376

10. Vurğun Hüseynov    368

11. Aqil Məmmədov      363

12-13. İsmayıl Məmmədov         351

Qara Qarayev    351

14. Rəşad Sadıqov           343

15. İlkin Qırtımov             339

16. Elnur Abdullayev      334

17. Vüqar Nadirov           332

18. Urfan Abbasov          329

19. Rail Məlikov               328

20. Kənan Kərimov         327

21. Tural Axundov          324

22. Slavik Alxasov            319

23. Nadir Nəbiyev           316

24. Rauf Əliyev               315

25. Mübariz Orucov        311

26. Müşfiq Hüseynov     305

27. Ədəhim Niftəliyev   303

28-30.   Arif Daşdəmirov 302

Kamal Quliyev   302

Rəhman Hacıyev              302

31. Mehman Yunusov   298

32. Viktor İqbekoyi         294

33. Aleksandr Çertoqanov  293

 

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.