"Neftçi" klubunun maraqlandığı daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

"Ağ-qaralar" Rumıniyanın "Hermannstadt" komandasında çıxış edən Tiberiu Capuşanı heyətinə cəlb etmək niyyətindədir. Müdafiə xəttini daha da gücləndirmək istəyən paytaxt klubu rumıniyalı oyunçu ilə əlaqə saxlayacaq. Tezliklə danışıqların başlayacağı gözlənilir.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Hermannstadt"la 2026-cı ilin yayınadək müqaviləsi var.