Yay transfer dönəmində "Qarabağ"ın da gündəmində olan Şavi Babikanın yeni klubu müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 26 yaşlı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Qabonlu futbolçu BƏƏ-nin "United" klubu ilə müqavilə imzalayıb.
Şavi Babikanın "Qarabağ"a transferinin baş tutmamasının səbəbi də bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Serbiyanın "Srvena Zvezda" klubundan BƏƏ təmsilçisinə keçən futbolçu "Qarabağ"dan yüksək məvacib tələb edib.
Qeyd edək ki, Şavi Babika geridə qalan mövsümü icarə əsasında Türkiyənin "Fatih Karagümrük" klubunda keçirib.