"Lids" "Mançester Siti"nin qapıçısı Ceyms Traffordun transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib. 

 

Mənbənin özlərinə görə, "ağlar" 23 yaşlı qapıçı üçün 40 milyon funt sterlinq və müxtəlif bonuslar ödəyəcək. Qolkiper yeni klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.

 

Bir neçə gün öncə mətbuatda "Nyukasl"ın qapıçının keçidi ilə bağlı "şəhərlilər"lə təmasa keçdiyi bildirilirdi. "Çərçivə qoruyucusu"nun "Aston Villa" və "Tottenhem" və "Çelsi"nin də maraq dairəsində olduğu yayılan söz-söhbət arasında idi. 

 

Qeyd edək ki, Trafford ötən yay 27 milyon funt sterlinqə "Börnli"dən "Mançester Siti"yə keçib. Qolkiper ötən mövsüm meydana çıxdığı 17 oyunda qapısında 13 qol görüb. Ceyms DÇ-2026-da İngiltərə millisinin heyətində yer alsa da, bütün turniri ehtiyat oyunçular skamyasında keçirib.