"Fənərbaxça" UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin cavab matçı çərçivəsində səfərdə "Qornik"in qonağı olacaq. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi Polşadakı oyuna ciddi itki ilə çıxacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Hücumçu Sidiki Şerif məşq zamanı zədələnib. Fransalı forvard Zabjedəki görüşdə komandaya kömək edə bilməyəcək.

 

"Fənərbaxça" Sidiki Şerifi bu ilin fevralında "Anje"dən transfer edib. 19 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1  məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Qornik" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun Türkiyə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.