PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele "Əl Hilal"dan təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

 

Vinger Paris klubunda qalmaq istəyib və bu səbəbdən ərəblərin təklifini rədd edib.

 

Dembele PSJ ilə müqaviləsini uzatmaq niyyətindədir.

 

Fransalı futbolçu 2023-cü ildən komandada çıxış edir. O, ötən il "Qızıl top" mükafatını qazanıb.