İngiltərənin "Kristal Pelas" klubu heyətini gənc müdafiəçi ilə gücləndirməyə yaxındır. Sport24.az xəbər verir ki, London təmsilçisi Fransanın "Brest" klubunun 19 yaşlı futbolçusu Rafael Le Gen ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

"Kristal Pelas" bu transferi "Çelsi"yə keçməyə yaxın olan Maksans Lakruanın əvəzi kimi reallaşdırmaq istəyir. Klubun yaxın günlərdə "Brest"ə ilk rəsmi təklifini göndərəcəyi gözlənilir.

2029-cu ilə qədər müqaviləsi olan gənc müdafiəçi "Brest"in əsas komandasında cəmi 6 oyuna çıxıb. Futbolçu ilə "Fulhem" də maraqlansa da, hazırda ən ciddi namizəd "Kristal Pelas" hesab olunur. "Brest" rəhbərliyi isə yalnız yüksək məbləğdə təklif gələcəyi təqdirdə oyunçunu buraxmağa hazırdır.