Türkiyənin "Trabzonspor" klubu növbəti transferini reallaşdırmağa yaxındır. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın "Standard" klubunun gənc hücumçusu Rene Mitonqo ilə razılıq əldə edib.
Məlumata görə, Belçikanın U-19 millisinin üzvü tibbi müayinədən keçmək üçün Türkiyəyə yollanıb. Tərəflər futbolçunun menecment şirkəti ilə müqavilənin bütün detallarını razılaşdırıblar.
Qeyd edək ki, transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.