"Kəpəz"in heyətinə qaytarmaq istədiyi Nicat Süleymanovun daha iki müştərisi ortaya çıxıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçunun transferi ilə "Şamaxı" və MOİK də yaxından maraqlanır. Hər iki klub oyunçunu heyətinə cəlb etmək üçün danışıqlara başlayıb.
Hazırda Nicat Süleymanovun meneceri "Kəpəz", "Şamaxı" və MOİK komandaları ilə danışıqlar aparır.
Qeyd edək ki, Süleymanov son olaraq "Səbail"in formasını geyinib.