"Barselona" "Bornmut"un hücumçusu Junior Krupini transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" portalı məlumat yayıb.

 

Katalonlar "Ateltiko"dan Xulian Alvaresin transferi ilə bağlı razılığa gələ bilməsələr, fransız hücumçunu nəzərdən keçirəcəklər. Krupinin transfer haqqı 100 milyon avroya qədər ola bilər ki, bu da "Barselona" rəhbərliyi daxilində belə bir transferin mümkünlüyü ilə bağlı fikir ayrılıqlarına səbəb olub.

 

Qeyd edək ki, 20 yaşlı fransız ötən mövsüm "Bornmut"da bütün turnirlərdə 35 oyun keçirib və 13 qol vurub. Onun "albalılar"la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.