Transfer çalışmalarını davam etdirən "Kəpəz" baxışda olan futbolçusu ilə bağlı qərar verib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisinin düşərgəsində yer alan Hüseyn Babayev məşqçilər korpusunun etimadını qazanıb.

23 yaşlı müdafiəçi son mövsüm I Liqada "Baku Sportinq"in formasını geyinib.

Qeyd edək ki, Hüseyn Babayev "Neftçi"nin yetirməsidir.