"Qarabağ"ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, fransalı hücumçu "Konyaspor"la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa təmsilçisinin Keyta ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Keyta bu gün Konyaya gedərək, yeni klubuna keçidini tamamlayacaq.
Hamidu bu mövsüm 7 oyunda 1 qol vurub. "Konyaspor" Super Liqada 4 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.