Fevralın 22-də Bakıda keçiriləcək "Qarabağ" - "Braqa" matçı üçün bu günə realizə olunmuş biletlərin sayı açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılan biletlərin 15 mini artıq sahibini tapıb.

 

Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

 

Qeyd edək ki, "Qarabağ" "Braqa"ya qarşı ilk oyunu fevralın 15-də səfərdə keçirəcək.