"Toplanışın ilk mərhələsində daha çox  seleksiyaya diqqət ayırmışıq. Hazırda düşərgəyə yeni qoşulanlarla yanaşı, klubdan ayrılanlar da var.  Heyətimizə Ceyhun Muxtarlı, İbrahim Camalov və Hüseyn Hüseynli kimi futbolçuları cəlb etmişik. Amma qarşıda da bir neçə transferimiz olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov deyib.


Gənc mütəxəssis hazırlıq planı və toplanış dönəmində keçirəcəkləri yoxlama görüşləri barədə də məlumat verib: "Avqustun 1-də təlim-məşq toplanışının əsas mərhələsinə start verəcəyik. Hazırlıq prosesi Qaradağ Olimpiya İdman Kompleksində olacaq. 4 yoxlama matçı keçirməyi düşünürük. Rəqiblərimizdən üçünün adı məlumdu. "Şəfa", "Difai Ağsu" və "Baku Sportinq" qüvvəmizi sınayacağıq".

 

Qeyd edək ki, qəsəbə təmsilçisi I Liqada ötən mövsümün gümüş mükafatçısıdı.