Paris-2024-də növbəti xoşagəlməz hadisə yaşanıb. Sport24.az xəbər verir ki, Cənubi Koreya millisinin 6 üzgüçüsü Olimpiya kəndini tərk edib.

 

İdmançılar yarışların hovuza yaxın oteldə məskunlaşıblar. Asiyalılar bu addımı nəqliyyatla bağlı problemlərə görə atıblar.

 

Onlar hər dəfə kənddən hovuza saatyarımdan artıq vaxta getməkdən beziblər.

 

Qeyd edək ki, açılış mərasimi dünən keçirilən Olimpiada avqustun 11-dək davam edəcək.