Azərbaycan cüdoçuları bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. Sport24.az xəbər verir ki, ilk olaraq tatamiyə 48 kq. çəki dərəcəsində yarışan Leyla Əliyeva çıxıb.

 

Mübarizəyə 1/16 finaldan başlayan idmançımızın rəqibi özbəkistanlı Xalimajon Qurbanova olub. Cüdoçumuz uduzaraq (0:1) Paris-2024-də mübarizəni elə ilk görüşdən sonra dayandırıb.

 

Qeyd edək ki, İlk mərhələdən azad olan Balabəy Ağayev isə (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.