Avropa Liqası Liqa fazasının "Qarabağ" - "Ayaks" matçından öncə konsert təşkil olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Saat 18:45-də Tofiq Bəhramov adına Respublika Stadionunun A girişində Mərdan Kazımovun iştirakı ilə canlı konsert baş tutacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 24 oktyabr saat 20:45-də start götürəcək.