Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub. Sport24.az xəbər verir ki, bununla bağlı məlumatı futbolçunun çıxış etdiyi "Ankaragücü"nün mətbuat xidməti məlumat yayıb.

 

1-ci liqa təmsilçisinin yaydığı açıqlamada qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edilən Dadaçovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.

 

Qeyd edək ki, Renat bu mövsüm 1-ci liqada 9 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.