"Barselona"nın prezidenti Xoan Laporta Çempionlar Liqasında "Bavariya" ilə oyundan öncə baş məşqçi Hans-Diter Flikə müraciət edib. Sport24.az xəbər verir ki, kataloniyalıların rəhbəri mütəxəssisindən almanlara qarşı böyük hesablı qələbə istədiyini söyləyib:

 

"Flikin bizə borcu var. Daha çox qolla qazanmaq əla olardı, amma istənilən qələbə yaxşı nəticə olacaq".

 

Flik "Bavariya"da işlədiyi dönəmdə "Barselona"nı 8:2 hesabıyla məğlub edib.

 

Sabah keçiriləcək "Barselona" – "Bavariya" oyunu saat 23:00-da start gö türəcək.