Danimarkalı futbolçu Kristian Eriksenin "Mançester Yunayted"dəki gələcəyi məlum olub. Sport24.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunda klubu tərk edəcək.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. "Qırmızı şeytanlar" futbolçu ilə müqaviləni uzatmaq niyyətində deyil.

 

Eriksen 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. O, bu mövsüm Premyer Liqada 6 oyunda meydana çıxıb. Eriksenin müqaviləsi 2025-ci ilin yayına kimidir.