"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı vingerin transfer hüququna yiələnəcək.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

A Seriyası nəhəngi 21 yaşlı ön xətt oyunçusu üçün Portuqaliya klubuna 33 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, "Yuventus" Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.