Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşəcək. Sport24.az xəbər verir ki. "Antalyaspor" Alex de Souza ilə yollarını ayırmağı planlaşdırır.

 

Bu barədə yerli mətbuat məlumat yayıb.

 

Antalya təmsilçisinin rəhbərliyi komandanın göstərdiyi nəticələrdən narazı qalıb. Qarşıdakı günlərdə braziliyalı mütəxəssislə yollar ayrılacaq.

 

Qeyd edək ki, Alex de Souza mövsümün əvvəlində "Antalyaspor"un baş məşqçisi təyin olunub. Komanda Super Liqada 9 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.