Sabah Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin III turunda sabah "Ayaks"la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.

 

"Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyev Sport24.az-a açıqlamasında oyunla bağlı gözləntirini açıqlayıb:

 

"Qarabağ"ı çətin oyun gözləyir. "Ayaks" güclü rəqibdir. Qonaqların "Beşiktaş"la oyununa baxdım. Üstün futbol oynadılar. Bu da hesaba təsir etdi.  Doğma meydanda oynamağımızı nəzərə alsaq, "Qarabağ" asand təslim olmayacaq. Layiqli oyun göstərib xal qazana bilərik. Müdafiədə səhvləri azaldıb, yaratdığımız qol şanslarını maksimum dəyərləndirə bilsək, uğurlu nəticə qazanmaq olar".