Misli Premyer Liqasının ikinci oyun gününə Suraxınada yekun vurulacaq. SPort24.az xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Araz-Naxçıvan"ı qonaq edir.

 

Dünən səfərdə "Turan tovuz"u məğlub edən "Sabah" turnir cədvəlində ilk pilləyə yüksəlib. Qurban Qurbanovun komandası yenidən zirvəyə qayıtmaq üçün bu gün mütləq qələbə qazanmalıdır. Ancaq bu o qədər də asan olmayacaq. Naxçıvan təmsilçisi də avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından meydanda gərgin mübarizə gedəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv bu tur aktivinə 3 xal yazdıracağı halda "Turan Tovuz"u geridə qoyaraq mövqeyini bir qədər yaxşılaşdırıb 5-ci piləyə yüksələcək.

 

Qeyd edək ki, turun digər iki görüşü - "Neftçi" - "Sumqayıt" və "İmişli" - "Karvan-Yevlax" matçı sabah baş tutacaq.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

17:30. "Qarabağ" - "Araz-Naxçıvan" 

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Bakı. "Azersun Arena".