"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqa tarixində məhsuldar ötürmələrə görə üçüncü yerə yüksəlib. Sport24.az xəbər verir ki, Premyer Liqanın 16-cı turunda "Brayton"la oyunda misirli 26-cı dəqiqədə meydana çıxıb və 60-cı dəqiqədə Uqo Ekitikeyə məhsuldar ötürmə edib. Matç "qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Salah Premyer Liqada məhsuldar ötürmələrinin sayını 280-ə çatdıraraq Frenk Lempardın (279) göstəricisini geridə qoyub. Misirli futbolçu bu göstəricidə yalnız Ueyn Runi (311) və Alan Şirer (324) geri qalır.

 

Qeyd edək ki, Salah bu mövsüm "Liverpul"un heyətində 20 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.