"Qarabağ" klubu növbəti iki transfer dönəmində Gürcüstanın "Dila Qori" klubunda çıxış edən Boubakar Konteni heyətinə qatmağa çalışacaq. Sport24.az bu barədə Ağdam təmsilçisinə yaxın olan mənbədən məlumat əldə edib.
Hətta "köhlən atlar" yayda 24 yaşlı oyunçu ilə anlaşmağa yaxın olub. Lakin Gürcüstan təmsilçisi Malidən olan 24 yaşlı yarımmüdafiəçinin müqaviləsini artıra bilib.
Klub afrikalı futbolçunun satışından gəlir əldə etmək üçün bu addımı atıb. Onun hazırkı sözləşməsi 2026-cı ilin sonunadək nəzərdə tutulub.
Azərbaycan çempionu isə növbəti qış və yay transfer dönəmində yenidən Konte üçün müraciət edəcək.