AFFA-nın keçirdiyi Region Liqasında pley-off mərhələsinin püşkatma mərasimi vaxtı dəqiqləşib. Turnirin təşkilatçılarından Sport24.az-a verilən məlumata görə, tədbir martın 28-ə saat 12:00-da AFFA-nın iclas zalında olacaq. Pley-off mərhələsinə çıxan komandalardan ən azı bir nümayəndənin püşkatma mərasimində iştirak etməsinin vacibliyi də qeyd olunub.
Xatırladaq ki, pley-offun12 iştirakçısından 11-i bəllidi. Son vəsiqənin sahibi bu həftəsonu Paytaxt və Şimal zonasında cavab pley-off matçında - Qusarda yerli "Şirvanovka"yla Bakı "Difai"sinin görüşündə müəyyənləşəcək.