Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİsi yarışmasında XII tur arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizədə liderlər qrupunda mübarizə gərginləşib.

Belə ki, lider Səxavət Qurbanovun cəmi 1 xal toplayıb. Bu da yalnız "Neftçi"nin gözlənilən qələbəsi olub. Liderin ən yaxın izləyiciləri isə 3 xal toplayaraq ona yaxınlaşıb, hətta Şəmsəddin Abbasov çatıb. Nəticədə ikihakimiyyətlik yaranıb. 

Onu da bildirək ki, Ruslan Mikayıllı ardıcıl 2-ci tur mübarizədə iştirak etmədiyinə görə artıq son pilləyə enib. 

XII turun proqnozlarıyla aşağıdakı linkdən tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-3-gunde-kechirilecek-tura-proqnozlar)

 

XII turdan sonra turnir cədvəli:

Səxavət Qurbanov, Şəmsəddin Abbasov - hər ikisi 28, Kənan Həsənov - 27, Ruslan Sadıqov, Mehman Süleymanov -  hər ikisi 26, Ceyhun Əliyev - 25, Elmir Əliyev, Kənan Məstəliyev - hər ikisi 24, İbrahim Cəfərov - 23, Faiq Tahirov - 22, Ruslan Mikayıllı - 21.