Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİ yarışmasında yeni mövsümün III turu arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizənin növbəti mərhələsində yüzfaiz nəticə göstərən olmayıb. 

Ən yaxşı nəticə göstərən isə bunadək turnir cədvəlinin sonlarında qərarlaşan Ruslan Sadiqov olub - 3 xal. Ən əsası, bu həmkarımız "Səbail"in qələbəsini tapan yeganə iştirakçı olub. Nəticədə Sadiqov liderin ən yaxın izləyiciləri sırasınadək yüksəlib. Lider isə yenə Ceyhun Əliyevdi ki, o, bu turda 1 doğru cavabla zirvədə yerini qoruya bilib.

Onu da bildirək ki, yarışmamızda xal qazanmayan qalmadı. Buna son nail olan yeni iştirakçı Kənan Məstəliyevdi. 

 

III turdan sonra turnir cədvəli:

Ceyhun Əliyev - 6, Mehman Süleymanov, Şəmsəddin Abbasov, Ruslan Sadıqov, Ruslan Mikayıllı, Səxavət Qurbanov - hamısı 5, İbrahim Cəfərov, Kənan Həsənov, Elmir Əliyev - hər üçü 4, Faiq Tahirov, Kənan Məstəliyev - hər ikisi 2.