"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə sözləşmə 2026-cı ilin yayına kimi artırılıb.
Ribeyro 2023-cü ilin avqustundan "qırmızı-ağlar"ın şərəfini qoruyur.