“Qarabağ”ın legioneri Ovusu Kvabena UEFA-nın göstəriciləri arasında ən yaxşılar sırasındadı. Sport24.az xəbər verir ki, u mövsüm avrokuboklarda uğurlu oyunu ilə seçilən qanalı hücumçu komandasının dünən “Olimpiakos”a Afinada 3:0 hesabı ilə qalib gəldiyi oyunda ilk qolla darmadağının əsasını qoyub.

UEFA-nın açıqladığı statistik göstəriciyə əsasən, Ovusu qrup mərhələsinin ilk 3 turunda "çərçivə"yə ən çox zərbə endirən (7 dəfə) futbolçular sırasında 1-ici yeri tutur. Bu zərbələrdən 2-si isə qol olub.

Bununla da Ovusu yarışın bombardirləri siyahısındadı. İlk pilləyə hərəyə 3 qolla Ximenes (“Feyenoord”) və Qapko (PSV) da şərikdirlər.

Bundan başqa, Ovusu qapıya ən çox  zərbə endirən (11 dəfə) oyunçular sırasında da yer alıb - 4-cü pillə. Bu göstəricidə lider isə 14 zərbə ilə “Mançester Yunayted”li ulduz Kriştiano Ronaldodur.