Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının finalında İspaniyaya qalib gəldikdən sonra millidəki gələcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial şəbəkə hesabında paylaşım edib:

 

"Mənim neçə yaşım olduğunu bilirsiz. Artıq karyeramın sonuna yaxınlaşıram. Hər andan ləzzət almalıyam. Ciddi zədə almasam hələ oynamağa davam edəcəm".

 

Qeyd edək ki, İspaniya ilə qarşılaşmada 1 qola imza atan Ronaldo 88-ci dəqiqədə zədələnərək meydanı tərk edib. 40 yaşlı Ronaldo Portuqaliya millisi ilə üçüncü titulunu qazanıb.